“Barselona”da şok itki
18 oktyabr 2017 01:55 (UTC +04:00)

“Barselona”da şok itki

0

Çempionlar Liqasının qrup mərhələsinin III turunda “Olimpiakos”la qarşılaşacaq “Barselona” ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, kataloniyalılar müdafiəçi Xordi Albanın xidmətindən məhrum olacaq.

 

Yunanıstan klubu ilə oyundan öncəki son məşqdə xəsarət alan futbolçu qarşıdakı oyunu buraxacaq.

 

Qeyd edək ki, “Barselona” – “Olimpiakos” oyunu sabah “Kamp Nou”da keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 399

Oxşar yazılar