İspaniyanın “Barselona” klubu hücum xəttini gücləndirməkdə israrlıdı. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, kataloniyalılar "Yuventus"un forvardı Mario Mandzukiçə “elçi düşüblər”.
Qonsalo İquaini transfer edən “Yuve” Mandzukiçlə vidalaşmağa hazırdı. Danışıqlar müsbət nəticələnsə, 30 yaşlı futbolçu "Barselona"ya keçəcək.
Qeyd edək ki, karyerası ərzində “Volfsburq”, “Bavariya” və “Atletiko” kimi klubların da formasını geyinmiş Mandzukiç 2007-ci ildən Xorvatiya millisinin də üzvüdü.