Xankəndidə TARİXİ OYUN:  saatlar qaldı...
21 dekabr 2023 10:51 (UTC +04:00)

Xankəndidə TARİXİ OYUN: saatlar qaldı...

Bu gün işğaldan azad edilmiş ərazilərdə 30 illik fasilədən sonra ilk futbol matçı olacaq.

Lent.az-ın Xankəndinə ezam olunmuş əməkdaşı xəbər verir ki, hazırda Xankəndi stadionunda “Qarabağ” - MOİK görüşünə son hazırlıqlar davam edir. 

Bu gün baş tutacaq görüşə saat 14:00-da start veriləcək.

Hakimlər: Əli Əliyev, Şirmamed Mamedov, Taleh Məmmədov, Kamal Umudlu

VAR: Cavid Cəlilov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Emin Cəfərov

Xatırladaq ki, axırıncı dəfə 1993-cü ilin mayında “Qarabağ” Ağdamın “İmarət” stadionunda Tovuzun “Turan” klubu ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.

Azərbaycan kuboku
1/8 final
21 dekabr (cümə axşamı)
14:00. “Qarabağ” – MOİK
Xankəndi şəhər stadionu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3363
avatar

Arzu Qurbanlı

Oxşar yazılar