Roman Yaremçuk Türkiyənin "Fənərbağça" klubnun maraq dairəsinə düşüb.
Lent.az bildirir ki, “Fotomac”ın məlumatına görə, bu, İstanbul klubuna ukraynalı hücumçunun “Benfika”da birgə çalışdığı portuqaliyalı Jorje Jesuşun baş məşqçi təyin edilməsindən sonra baş verib.
Kanaryalılar "qartallar"ın 26 yaşlı hücumçusunu ala bilməsələr, "Fənərbağça"nın yeni baş məşqçisi Lissabon klubunun digər futbolçusu Harris Seferoviçi komandaya cəlb etməyə çalışacaq.
Xatırladaq ki, "Benfika" ilə ilk mövsümdə Yaremçuk 43 oyunda iştirak edib, doqquz qol vurub və altı məhsuldar ötürmə edib.