UEFA reytinqində yenə gerilədik
16 iyul 2021 09:47 (UTC +04:00)

UEFA reytinqində yenə gerilədik

Avrokubokların I təsnifat mərhələsindən sonra UEFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, mərhələnin son oyun günü cədvəldə bəzi dəyişikliklərə səbəb olub.

Azərbaycanın da mövqeyi dəyişib. Sloveniya xal hesabını 13,375-ə çatdıraraq yenidən 27-ci sıraya yüksəlib.

Balkanlılar həm Azərbaycan, həm Qazaxıstanı arxada qoyub. 13,125 xalı olan ölkəmiz 1 pillə geriləyərək 29-cu sıraya enib. 28-ci olan Qazaxıstandan 0,125 xal geri qalan Azərbaycan ən yaxın izləyicisi Polşadan 0,875 xal öndədir. Polşalılar Slovakiya ilə Belarusu keçərək qonşumuza çevrilib.

Qeyd edək ki, Azərbaycan cari mövsümdə 0,500 xal qazanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1647
avatar

Oxşar yazılar