Tramp “Yuventus”u Ağ evdə qəbul etdi:  Onlardan transgenderlər haqqında  soruşdu
19 iyun 2025 19:20 (UTC +04:00)

Tramp “Yuventus”u Ağ evdə qəbul etdi: Onlardan transgenderlər haqqında soruşdu

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Ağ evin Oval kabinetində “Yuventus”un futbolçuları və məşqçiləri ilə görüşüb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, görüş Vaşinqtonda keçirilən FİFA Klublararası Dünya Çempionatının ilk turunun "Əl-Ayn"a qarşı (5:0) oyunu öncəsi baş tutub.

Görüş zamanı Tramp "Yuventus"un baş məşqçisi İqor Tudoru salamlayıb, Turin komandasının və ABŞ millisinin yarımmüdafiəçisi Ueston Makkenni ilə əl sıxıb.

“Mənim arxamda İtaliyadan böyük komanda var”, - Tramp deyib.

Qəbul zamanı ABŞ prezidenti “Yuventus”un oyunçuları ilə idmanda transgenderlərin iştirakı mövzusuna toxunmağa çalışıb.

"Bir qadın komandanıza qoşula bilərmi, uşaqlar?", - Tramp soruşub.

“Yuventus”un futbolçuları utanaraq onun sualına cavab verə bilməyiblər, bundan sonra Tramp bunu təkrarlayıb. Klubun baş direktoru Damien Komolli çətin vəziyyəti düzəltməyə və taktika ilə cavab verməkdən yayınmağa çalışıb.

O, “Bizim çox güclü qadınlardan ibarət komandamız var” cavabını verib.

"Onlar qadınlarla oynamalıdırlar", - Tramp yekunlaşdırıb.

Bu ilin fevralında Tramp transgenderlərin Amerika universitetlərində qadınların idman yarışlarında iştirakını qadağan edən sərəncam imzalayıb. ABŞ prezidenti Beynəlxalq Olimpiya Komitəsindən transgenderlərin Olimpiya Oyunlarında qadın yarışlarında iştirakına tam qadağa qoyulmasını istəmək niyyətindədir.

“Yuventus” daha yaxşı top fərqinə görə H qrupunda “Mançester Siti”ni qabaqlayır. İyunun 22-də İtaliya klubu Filadelfiyada Mərakeşin “Viadad” komandası ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 376

Oxşar yazılar