Ueyn Runi hesab edir ki, Lionel Messi və Kriştiano Ronaldonun nailiyyətlərinə rəqib ola biləcək bir oyunçu var:
"Lamin Yamal inanılmazdır. Mən onu yalnız bir dəfə şəxsən görmüşəm. Və məncə o, Kriştiano və Messini ötüb keçə bilən yeganə oğlandır".
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Rio Ferdinand "Mançester Yunayted"dəki keçmiş komanda yoldaşının şərhlərinə təəccübləndiyini bildirib: "Xeyr, razı deyiləm. Bu, çox çətin işdir".
Runi fikrini belə izah edib: "O, karyerasının bu mərhələsində Kriştiano və Messidən millərlə irəlidədir, onlardan qat-qat üstündür.
Ronaldo və Messidən sonra nələrin gəldiyini təsəvvür etmək dəlilikdir. Eynilə Alan Şirerlə olduğu kimi. Sonra nə olacaq? O buradadır. İnsanlar gəlir və böyüyür. Bu onların vaxtıdır”.
Razısınız?