"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo ilə dostluq münasibətlərində olan jurnalist Edu Aqirre "Napoli"yə mümkün transferi ilə bağlı yayılan söz-söhbətlərdən sonra portuqaliyalının gələcəyi ilə bağlı insayder paylaşıb.
“Ronaldo “Napoli”yə keçməyəcək”, - Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Aqirre belə deyib.
Xatırladaq ki, cari transfer pəncərəsi zamanı Ronaldo bir sıra Avropa klubları ilə əməkdaşlıq edirdi. İddia olunurdu ki, “Mançester Yunayted” Çempionlar Liqasında olmadığı üçün Kriştiano komandanı tərk etmək istəyir. Son məlumata görə, portuqaliyalı Luçano Spalettinin baş məşqçi olduğu "Napoli"yə keçə bilər.
Ronaldonun "Mançester Yunayted"lə müqaviləsi 2023-cü ilin iyun ayına qədərdir. “Transfermarkt” portalı futbolçunu 30 milyon avro qiymətləndirir. Premyer Liqanın cari mövsümündə portuqaliyalı bu klubun heyətində 4 oyun keçirib, qol vurmayıb.