"Real"ın keçmiş futbolçusu İvan Samorano hücumçu Kilian Mbappenin Madrid klubunda oynaması fikrinə şübhə ilə yanaşır.
“Məncə, “Real”a 9 nömrə lazımdır. Mbappe Haaland deyil, Lautaro Martines deyil, Harri Keyn deyil, Levandovski deyil. “Real”a Mbappe yox, doqquz nömrə lazımdır”, - Lent.az xarici mediaya istinadla bildirir ki, Samorano deyib.
Fransa çempionatının bu mövsümündə 24 yaşlı Mbappe PSJ-nin heyətində 10 oyun keçirib, 10 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun parislilərlə müqaviləsi gələn ilin yayına kimi nəzərdə tutulub.