Qvardiola "Mançester Siti"dən istefa xəbərinə münasibət bildirib
11 fevral 2025 16:07 (UTC +04:00)

Qvardiola "Mançester Siti"dən istefa xəbərinə münasibət bildirib

0

"Mançester Siti"nin baş məşqçisi Xose Qvardiola komandadakı mövqeyindən danışıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, ispaniyalı mütəxəssisin sözlərinə görə, mənfi nəticələr fonunda qovulması haqda düşünmür:

“Əvvəlki mövsümlərdə qazandıqlarıma görə buradayam. Məni küçəyə atacaqlarını düşünmürəm”.

Premyer Liqanın turnir cədvəlində "Mançester Siti" Premyer Liqanın 24 turundan sonra 5-ci yerdədir.

Çərşənbə axşamı, fevralın 11-də komanda Çempionlar Liqasının 1/16 finalında "Real Madrid"lə qarşılaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2548

Oxşar yazılar