Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutan "Qarabağ" - MOİK matçı başa çatıb.
Lent.az xəbər verir ki, oyunun ikinci hissəsinə əlavə olunmuş vaxtda "Qarabağ" üstünlüyü ələ alıb. Ağdam klubundan 90 nömrəli oyunçu Nəriman Axundzadə fərqlənib.
Qeyd edək ki, bu matçın qalibi 1/4 finalda “Sabah”la üz-üzə gələcək.
***
Saat: 13:56
Bu gün Xankəndi şəhərində 30 ildən sonra tarixi oyun keçirilir.
Lent.az xəbər verir ki, Ağdamın “Qarabağ” komandası Xankəndi stadionunda MOİK-lə üz-üzə gəlib. Oyunu Prezident İlham Əliyev özü, oyunçulara topu ataraq başladıb.
Qeyd edək ki, bu matçın qalibi 1/4 finalda “Sabah”la üz-üzə gələcək. Xankəndidəki görüş 30 ildən sonra işğaldan azad olunmuş ərazilərdə ilk futbol oyunu olacaq.
Xatırladaq ki, axırıncı dəfə 1993-cü ilin mayında “Qarabağ” Ağdamın “İmarət” stadionunda Tovuzun “Turan” klubu ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.