“Qalatasaray” FIFA-nın qərarından şikayət etdi
20 oktyabr 2022 12:44 (UTC +04:00)

“Qalatasaray” FIFA-nın qərarından şikayət etdi

“Qalatasaray” CAS-a şikayət edib.

Apasport.az saytının məlumatına görə, Türkiyə klubu sabiq futbolçusu Yunes Belhanda ilə bağlı FIFA-nın qərarının ləğvini istəyib.

Hazırda “Adana Dəmirspor”da çıxış edən mərakeşli yarımmüdafiəçi ötən ilin martında komandadan uzaqlaşdırıldığı üçün ali futbol qurumuna şikayət etmiş və haqlı hesab edilmişdi. FIFA futbolçunun sözləşməsinin sonuna qədər nəzərdə tutulan maaşın ödənilməsini “cim-bom”dan tələb etsə də, istanbullular bununla razılaşmır. CAS-a təqdim edilən 160 səhifəlik müdafiə sənədində Belhandanın haqsız olduğu bildirilib.

Qeyd edək ki, Yunes Belhanda 2017-2021-ci illər aralığında “Qalatasaray”ın heyətində 131 oyun keçirib, 22 qol, 26 assistlə yadda qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1722
avatar

Oxşar yazılar