PSJ Yamalı "Barselona"dan 230 milyona  almaq istəyir
09 oktyabr 2025 18:25 (UTC +04:00)

PSJ Yamalı "Barselona"dan 230 milyona almaq istəyir

0

PSJ "Barselona"nın vingeri Lamin Yamalı almaqda maraqlıdır.

Lent.az-ın xarici mediaya istinadla verdiyi məlumata görə, fransız klubu 18 yaşlı futbolçu üçün kataloniyalılara 230 milyon avro təklif etməyi planlaşdırır.

Bu mövsüm ispaniyalı futbolçu “Barselona”nın heyətində beş oyun keçirib, iki qol vurub və dörd məhsuldar ötürmə edib. Transfermarkt Yamalın dəyərini 200 milyon avro olaraq qiymətləndirir.

Futbol tarixinin ən bahalı transferi Neymarın 2017-ci ildə 222 milyon avroya “Barselona”dan PSJ-yə keçməsidir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 388

Oxşar yazılar