Mbappe PSJ ilə müqaviləsini uzatmayana qədər meydana daxil olmayacaq
PSJ hücumçusu Kilian Mbappeyə ultimatum verib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, klub futbolçuya ya müqaviləsini yeniləyənə, ya da komandadan ayrılana qədər gələn mövsüm oynamayacağını bildirib.
Xatırladaq ki, Mbappenin parislilərlə müqaviləsi 2024-cü ilin yayında başa çatır, lakin hücumçu artıq gələcəyini düşünür. Ən çox ehtimal olunan variant “Real” keçməsidir.
Bundan başqa, Səudiyyə Ərəbistanının nümayəndələri futbolçu ilə əlaqə saxlayıb, PSJ-yə futbolçu üçün rekord 300 milyon avro vəd ediblər, lakin ərəb klublarının istəyi rədd edilib.
24 yaşlı Mbappe Fransa millisinin heyətində dünya çempionu və gümüş mükafatçısıdır.