Milli Hokkey Liqasında ötən gecə inanılmaz rekord qeydə alınıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, onun müəllifi "Dəmir adam" titulunu aldığı “Veqas Qolden Hayts” klubunun hücumçusu Fil Kasseldir.
İş burasındadır ki, “San-Xose” ilə mübarizə veteran üçün Milli Hokkey Liqasında keçirdiyi ardıcıl 990-cı oyun olub. Hokkeyçi 2009-cu ilin oktyabr ayından indiyədək zədə, diskvalifikasiya və ya digər səbəblərə görə heç bir oyunu buraxmayıb.
Beləliklə, Kessel, bütün zamanların yeni “Dəmir adam”ı olmaq üçün əvvəlki 989 oyun rekorduna sahib olan Kit Yandlanı keçib.
Eyni zamanda, Kassel daha bir uğura imza atıb – “San-Xose” ilə oyunda dünyanın ən güclü xokkey liqasında karyerasında 400-cü qolunu vurub.
Xatırladaq ki, veteranın şaybası “Veqas”a 4:2 hesabı ilə “akulalar” üzərində qələbə qazandırıb.