"Mançester Yunayted"in 37 yaşlı hücumçusu Kriştiano Ronaldo azarkeşlərini söz-söhbətlərə inanmamağa çağırıb.
Lent.az bildirir ki, İngiltərə mətbuatı Ronaldonun "Mançester Yunayted"dən ayrılmaq istədiyini iddia etməkdə davam edir.
“Bir neçə həftədən sonra müsahibə verəndə həqiqəti biləcəklər. Son bir neçə ay ərzində 100 xəbərdən yalnız 5-i doğru idi”, - Ronaldo sosial şəbəkələrdə yazıb.
Portuqaliyalı futbolçu "Mançester Yunayted"in mövsümöncəsi hazırlıq turunu buraxıb.