“Mən müqəddəs  deyiləm, amma Zidan da  deyil” - Marko Materazzi
09 iyul 2026 09:23 (UTC +04:00)

“Mən müqəddəs deyiləm, amma Zidan da deyil” - Marko Materazzi

0

İtaliya millisinin keçmiş müdafiəçisi Marko Materazzi 2006-cı il Dünya çempionatının finalında İtaliyanın Fransanı (penaltilərdə 1:1, 5:3) məğlub etdiyi oyunla bağlı xatirələrini bölüşüb.

Lent.az bildirir ki, "France Football" nəşrinin məlumatına görə, 110-cu dəqiqədə Fransa millisinin kapitanı Zinəddin Zidan Materazzinin sinəsinə baş zərbəsi endirib və meydandan qovulub. Oyunçular əvvəllər bir neçə replika söyləyiblər. Materazzi daha sonra Zidanı böyük bacısı Lila haqqında sərt sözlərlə təhrik etdiyini açıqlayıb.

"Mən müqəddəs deyiləm, amma Zidan da deyil, çünki bu, onun ilk belə hərəkəti deyildi. Oyundan sonra əlimi sıxıb, eyni şeyi desəydi, bu, ona şərəf gətirərdi. Mən ona hörmət edirəm və karyerasında - həm oyunçu, həm də məşqçi kimi qazandığı hər şeyə görə təşəkkür edirəm", - Materazzi deyib.

2006-cı il Dünya çempionatının finalı Zidanın karyerasının son oyunu olub. Turnirin ən yaxşı oyunçusu seçilməsinə baxmayaraq, fransız 34 yaşında karyerasını bitirmək qərarına gəlib. Materazzi 2011-ci ilə qədər yüksək səviyyədə oynayıb.

Oyunçu karyeralarından sonra Zidan və Materazzi məşqçi olublar. Fransız məşqçi “Real”a rəhbərlik edib və onunla birlikdə üç dəfə Çempionlar Liqasını (2016–2018) qazanıb. İtaliyalı məşqçi Hindistanın "Çennayin" klubunun baş məşqçisi vəzifəsində çalışıb və onları bir milli çempionluğa aparıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 356

Oxşar yazılar