Mbappe  300-ə çatdı
16 yanvar 2023 11:36 (UTC +04:00)

Mbappe 300-ə çatdı

Fransa çempionu PSJ-nin 24 yaşlı fransız hücumçusu Kilian Mbappe klub səviyyəsində 300 oyuna çıxıb. 

Lent.az xarici mediaya istinadla bildirir ki, Fransa çempionatının 19-cu turunda PSJ “Renn”ə minimal hesabla uduzub.

Həmin 300 oyunda (Fransa liqasında 200) Mbappe 218 qol vurub. “Monako”nun heyətində 27, PSJ ilə 191.

Mbappe 2017-ci ilin yayında “Monako”dan Paris klubuna keçib və onunla dördqat Fransa çempionu, üç dəfə Fransa Kubokunun qalibi, iki dəfə Superkubok və iki dəfə Fransa Liqa Kubokunun qalibi olub.

Mbappe Fransa millisinin heyətində dünya şempionu və vitse-çempion olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1509
avatar

Oxşar yazılar