“Mançester Yunayted”dən ANTİREKORD:  ilk ingilis klubudur
13 dekabr 2023 09:35 (UTC +04:00)

“Mançester Yunayted”dən ANTİREKORD: ilk ingilis klubudur

0

“Mançester Yunayted” Çempionlar Liqasının qrup mərhələsində antirekorda imza atıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, klub qrup mərhələsində 15 qol buraxan ilk ingilis klubu olub.

Tur Rəqib (matç) Hesabı
1 Bayern (səfər) 4:3
2 Qalatasaray (ev) 2:3
3 Kopenhagen (ev) 1:0
4 Kopenhagen (səfər) 4:3
5 Qalatasaray (səfər) 3:3
6 Bayern (ev) 0:1

“Mançester Yunayted” A qrupunda sonuncu yerdə qərarlaşıb və 2023/2024-cü il mövsümündə avrokuboklardan kənarda qalıb. Qrup mərhələsində Erik ten Haqın komandası dörd məğlubiyyət alıb, bir qələbə qazanıb, bir dəfə isə heç-heçə edib.

Bundan əlavə, “Mançester Yunayted” Çempionlar Liqasının qrup mərhələsini qrupda sonuncu yerdə başa vuran dördüncü Premyer Liqa klubudur. Əvvəllər bu nəticəni “Blekbern” (1995/1996), “Mançester Siti” (2012/2013) və “Mançester Yunayted”in özü - 2005/2006 mövsümündə göstəriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4168

Oxşar yazılar