Maliyyə vəziyyətinə görə "Barselona"ya keçməyəcək
29 may 2024 13:26 (UTC +04:00)

Maliyyə vəziyyətinə görə "Barselona"ya keçməyəcək

"Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmix "Barselona"nın təklifini rədd edib.

Lent.az bildirir ki, bu barədə, “Diario Sport” xəbər verir.

Mənbənin məlumatına görə, Kataloniya klubu ilə futbolçu arasında danışıqlar dayandırılıb. 29 yaşlı yarımmüdafiəçini "Barselona"nın təklif etdiyi maliyyə şərtləri qane etməyib. "Bavariya"da Kimmix ildə 19,5 milyon avro alır, Kataloniya klubu ona bu məbləği təklif edə bilməz.

Qeyd olunur ki, "Barselona"nın keçmiş baş məşqçisi Xavi yarımmüdafiəçini komandasında görmək istəyib. Xavi Kataloniya klubunu 2021-ci ilin noyabrında çalışdırıb. Onun rəhbərliyi altında komanda 2022/23 mövsümündə La Liqa və İspaniya Superkubokunun qalibi olub. Onun işdən çıxarılması mayın 24-də məlum olub.

Daha əvvəl "Barselona"nın yeni baş məşqçisinin "Bavariya"nın və Almaniya millisinin sabiq çalışdırıcısı Hans-Diter Flik olacağı barədə məlumat yayılmışdı. Müqavilənin imzalanmasının mayın 29-da baş tutması planlaşdırılır.

Coşua Kimmix 2015-ci ildən "Bavariya"da çıxış edir. Ötən mövsüm o, komandanın heyətində bütün yarışlarda 43 oyun keçirib, iki qol vurub və on məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin "Bavariya" ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1422
avatar

Oxşar yazılar