Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin transfer dəyəri artıb.
Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, bu barədə “Transfermarkt” məlumat yayıb.
Bildirilib ki, mövsümün əvvəllərində transfer qiyməti 1 milyon avro olan 24 yaşlı forvardın “Legiya”dakı parlaq çıxışı onun bazar dəyərinə də müsbət təsir göstərib. Hazırda Emreli 2 milyon avroya bərabər göstərilir.
Qeyd edək ki, Mahir Emreli yayda “Qarabağ”dan “Legiya”ya keçib.