“Liverpul” Xabi Alonso ilə danışıqlara başladı
23 fevral 2024 09:54 (UTC +04:00)

“Liverpul” Xabi Alonso ilə danışıqlara başladı

“Liverpul” “Bayer”in baş məşqçisi Xabi Alonsonu komandanın baş məşqçisi postuna dəvət etməkdə maraqlıdır.

Lent.az xarici mediaya istinadla bildirir ki, Jurnalist Florian Plettenberqin sosial şəbəkələrdə verdiyi məlumata görə, ingilis klubunun rəhbərliyi artıq mümkün əməkdaşlıqla bağlı ispan mütəxəssisin nümayəndələri ilə əlaqə saxlayıb.

Qeyd edək ki, “Liverpul”un baş məşqçisi Yurgen Klopp cari mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb. Xabi Alonso 2022-ci ildən “Bayer Leverkuzen”ə rəhbərlik edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4821
avatar

Oxşar yazılar