"Lester" "Mançester Yunayted"in əfsanəsi ilə  ilk qələbəsini  qazandı
04 dekabr 2024 19:33 (UTC +04:00)

"Lester" "Mançester Yunayted"in əfsanəsi ilə ilk qələbəsini qazandı

0

“Mançester Yunayted”in məşhur hollandiyalı keçmiş hücumçusu, hazırda “Lester” futbol klubunun baş məşqçisi Rud van Nistelroy Premyer Liqada yeni futbolçuları ilə debüt oyununda qalib gəlib.

Lent.az-ın məlumatına görə, dekabrın 4-nə keçən gecə hollandiyalı mütəxəssisin komandası Premyer Liqanın 14-cü turunun açılış oyunları çərçivəsində evdə "Vest Hem"ə 3:1 hesabı ilə qalib gəlib.

Van Nistelroyun debüt qələbəsi sayəsində "Lester"in 13 xalı var və Premyer Liqanın turnir cədvəlində 14-cü yerdədir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2196

Oxşar yazılar