Julio Romao  "Qarabağ”dan   getdi
05 fevral 2025 16:08 (UTC +04:00)

Julio Romao "Qarabağ”dan getdi

“Qarabağ” Julio Romao ilə yollarını ayırıb.

Lent.az-ın xəbərinə görə, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

26 yaşlı braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2022-ci ildən "Qarabağ"da çıxış edən Romao 120 oyunda 2 qol vurub. O, 2022/2023 və 2023/2024 mövsümlərində Azərbaycan çempionu, 2023/2024 mövsümündə ölkə kubokunun qalibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 468

Oxşar yazılar