İranlı futbolçu Almaniyadan sığınacaq istəyib.
Lent.az xarici mediaya istinadən bildirir ki, Tehranın “Esteqlal” klubunun keçmiş rəsmisi paylaşdığı tvitdə klubun futbolçularından birinin Almaniyaya sığındığı xəbərini yayıb.
“Esteqlal” və “Pas” futbol klublarının keçmiş oyunçularından biri bu yaxınlarda Almaniyada sığınacaq üçün müraciət edib və mən hələ ondan icazə almadığım üçün adını açıqlamayacam” - o, qeyd edib.
Xatırladaq ki, həmin futbolçunun həm də İran yığma komandasının üzvü olduğu bildirilir.