A Seriyasında bir oyunçu bir İtaliya komandasından digərinə keçib.
“Fiorentina” rəsmi saytında “Bolonya” komandasında oynayan “İnter”in yetişdirdiyi Covanni Fabbianın indi Florensiyada oynayacağını açıqlayıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, oyunçu “Fiorentina”ya icarə əsasında transfer hüququ ilə qoşulur.
İtalyan futbolçunun "Fiorentina"ya daimi transferi müəyyən şərtlər yerinə yetirildikdən sonra baş tutacaq. Oyunçunun daimi transferi üçün razılaşdırılmış məbləğ təxminən 15 milyon avrodur.
Bu mövsüm Fabbian bütün yarışlarda 21 oyunda meydana çıxıb və iki qol vurub. O, ötən il “Bolonya” ilə İtaliya Kubokunun qələbəsini qeyd edib.
Fabbian həmçinin İtaliya millisində yarımmüdafiəçi kimi də oynayıb və U-16-dan U-21-ə qədər müxtəlif yaş qruplarını təmsil edib.