“İnter”in transfer üçün pulu yoxdur: Rəhbərlik  çıxılmaz vəziyyətdədir
27 yanvar 2023 12:36 (UTC +04:00)

“İnter”in transfer üçün pulu yoxdur: Rəhbərlik çıxılmaz vəziyyətdədir

Milanın “İnter” futbol klubunun yeni oyunçular almağa vəsaiti yoxdur. 
Komandanın rəhbərliyi çıxılmaz vəziyyətdədir.

“İnter”in transfer büdcəsi sıfıra bərabərdir! Rəhbərlik çıxılmaz vəziyyətə düşüb”, - Lent.az xarici mediaya istinadla bildirir ki, italyan jurnalist Alfredo Pedula tvitində yazıb.

“İnter” bu mövsüm keçirdiyi 19 oyundan sonra 37 xalla İtaliya A Seriyasında dördüncü yerdədir. Milan klubu lider "Napoli"dən 13 xal geri qalır.

Bu mövsüm "İnter"in əldə etdiyi diqqətəlayiq transferlərindən yalnız argentinalı Xoakin Korreanı "Latsio"dan 23,6 milyon avroya almasını qeyd etmək olar.Yarımmüdafiəçi Henrix Mxitaryan və qapıçı Andre Onana azad agent kimi kluba qoşulub. "İnter" müdafiəçi Françesko Acerbi və hücumçu Romelu Lukakunu müvafiq olaraq "Latsio"dan və "Çelsi"dən icarəyə götürüb.

# 1515
avatar

Oxşar yazılar