İngiltərə klubu baş məşqçini  QOVDU
30 avqust 2022 14:48 (UTC +04:00)

İngiltərə klubu baş məşqçini QOVDU

"Bornmut" baş məşqçi Skott Parkeri istefaya göndərib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə klub rəsmi saytında məlumat yayıb.

Bu, komandanın Premyer Liqada record hesablı məğlubiyyətindən sonra baş verib. Xatırladaq ki, çempionatın dördüncü turunda “Bornmut”  “Liverpul”a 0:9 hesabı ilə uduzub. Məhz bu oyun 41 yaşlı mütəxəssis üçün həlledici olub.

Yeni baş məşqçi axtarışları davam edərkən, Qari O'Nil komandanın əvəzedici məşqçisi təyin edilib.

Qeyd edək ki, Parker 2021-ci ilin yayından “Bornmut”a rəhbərlik edir. Onun rəhbərliyi altında klub ötən mövsümün yekunlarına görə İngiltərə Premyer Liqasına qayıdıb.

Bu mövsüm "Bornmut" Premyer Liqada oynadığı dörd oyunda üç xal toplayıb və hazırda turnir cədvəlində 17-ci yerdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1971
avatar

Oxşar yazılar