İdeal transfer:  "Vulverhempton" Qurd soyadlı, canavar döyməsi ilə  müdafiəçi aldı
08 avqust 2025 19:26 (UTC +04:00)

İdeal transfer: "Vulverhempton" Qurd soyadlı, canavar döyməsi ilə müdafiəçi aldı

"Vulverhempton" AZ-ın müdafiəçisi Devid Meller Volfu transfer edib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, İngiltərə klubu 23 yaşlı norveçli futbolçu ilə beş illik müqavilə imzalayıb. Müqavilə viza alındıqdan sonra qüvvəyə minəcək.

Məlumata görə, müqavilənin məbləği 12,1 milyon funt sterlinq təşkil edib.

Volfun qolunda canavar döyməsi var.

"Canavarlar" üçün mükəmməl transferdir!

Meller Volf AZ-ın heyətində 92 oyun keçirib, 4 qol vurub, 10 ötürmə edib, 13 sarı və 2 qırmızı vərəqə alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 362

Oxşar yazılar