Gənc Ralli pilotu sınaq zamanı dünyasını dəyişdi
12 iyun 2025 15:16 (UTC +04:00)

Gənc Ralli pilotu sınaq zamanı dünyasını dəyişdi

21 yaşlı italyan yarış pilotu Matteo Doretto Polşada keçirilən Avropa Ralli Çempionatının mərhələsi öncəsi sınaq zamanı dünyasını dəyişib.

Lent.az xəbər verir ki, köməkçi sürücü Samuele Pelleqrino xəsarət almayıb və müayinə üçün xəstəxanaya aparılıb.

Doretto avtomobil yarışlarında yüksələn ulduz hesab olunurdu. 2024-cü ildə o, yeniyetmələr arasında İtaliya çempionatının qalibi olub və bu, ona Avropa çempionatında iştirak etmək hüququ verib.

Çempionatın təşkilatçıları mərhum idmançının ailəsinə və yaxınlarına başsağlığı verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 400

Oxşar yazılar