Canni İnfantino
11 yanvar 2023 11:54 (UTC +04:00)

Canni İnfantino

FİFA prezidenti yenidən prokurorluqda dindirildi

İsveçrə prokurorları Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantinonu vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı cinayət işi üzrə yenidən dindiriblər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, İnfantinonun ilk dindirilməsi 2022-ci ilin aprelində baş tutub. FİFA rəhbəri vəzifə səlahiyyətlərindən sui-istifadəyə təhrik etməkdə, rəsmi sirri pozmaqda və istintaqa mane olmaqda ittiham olunur. Xüsusilə, İsveçrə prokurorları İnfantino ilə 2015-2019-cu illər arasında FİFA-ya dair araşdırmalara rəhbərlik etmiş İsveçrənin keçmiş baş prokuroru Maykl Lauber arasında 2016 və 2017-ci illərdə baş tutan üç görüşü araşdırır. Ehtimal olunur ki, İnfantino bu araşdırmaların gedişinə təsir etmək üçün istintaqla bağlı məlumat axtarırmış.

İnfantinoya qarşı cinayət işinin başlanması 30 iyul 2020-ci ildə məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1434
avatar

Oxşar yazılar