Yosef Blatter, FİFA-nın keçmiş prezidenti
22 yanvar 2021 19:17 (UTC +04:00)

Yosef Blatter, FİFA-nın keçmiş prezidenti

FİFA-nın keçmiş prezidenti komaya düşdü

Beynəlxalq Futbol Federasiyasının (FIFA) keçmiş prezidenti Yosef Blatter bir həftədən çoxdur süni komaya salınıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, bunu qızı Korinn söyləyib.

Dekabr ayının sonunda 84 yaşlı Blatter ürək əməliyyatı keçirib.

“Həkimlər onun vəziyyətindən məmnundurlar, amma hələ qarşıda çox yol var”, - Blatterin qızı deyib.

Onun sözlərinə görə, ümumilikdə bir həftədən çox süni komada yatıb və danışa bilməyib.

Blatter 1998-ci ildən 2015-ci ilədək FİFA-nın prezidenti olub. İsveçrəli, korrupsiya ittihamı ilə 8 illik futbol fəaliyyətindən kənarlaşdırılmışdı. 2016-cı ilin fevral ayında FIFA-nın Apelyasiya Komitəsi bu müddəti 6 ilə endirib.

2020-ci ilin iyun ayında Blatter FIFA fondundan 1 milyon dollar mənimsənilməsində şübhəli olub. Dekabr ayında FIFA Sürix prokurorluğuna Blatterə qarşı dünya futbolunun zərər gətirən muzeyinin maliyyələşdirilməsi ilə əlaqədar cinayət işi açılması tələbi ilə müraciət edib.


 

# 1398
avatar

Oxşar yazılar