Fabreqas Avropa çempionunu   “Komo”ya dəvət edir
20 iyun 2025 19:20 (UTC +04:00)

Fabreqas Avropa çempionunu “Komo”ya dəvət edir

Hücumçu Alvaro Morata İtaliyanın "Komo" klubunun radarına düşüb. 

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, böyük təcrübəyə malik hücumçu Türkiyənin "Qalatasaray"ını tərk edə bilər.

Hazırda ispaniyalının hüquqları "Milan"a məxsusdur. Morata Türkiyə Superliqasında 2026-cı ilin yanvarına qədər icarə əsasında çıxış edir, "Qalatasaray" isə futbolçunu 8-9 milyon avroya almaq imkanına malikdir.

Moratanın özü “Komo”ya mümkün transferlə maraqlanır. "Milan" hazırkı icarə müqaviləsini poza bilsə, klub hücumçunu Favreqasın komandasına satmağı düşünməyə hazırdır. Eyni zamanda italyanlar bonuslar da nəzərə alınmaqla hücumçu üçün təxminən 18-20 milyon avro almaq niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 302

Oxşar yazılar