“Mançester Siti”nin müdafiəçisi Aymerik Laport Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçib.
Lent.az xarici mediaya istinadla bildirir ki, 29 yaşlı ispaniyalının transferi mətbuat xidməti tərəfindən açıqlanıb. Daha əvvəl “Əl-Nəsr”də müdafiəçinin maaşının ildə təxminən 25 milyon avro olacağı bildirilirdi.
Laport 2018-ci ildən “Mançester Siti”də çıxış edir. O, “Vətəndaşlar”ın heyətində 180 oyuna çıxıb, 12 qol vurub və 4 məhsuldar ötürmə edib.
“Mançester Siti”nin tərkibində Laport 5 dəfə İngiltərə çempionu olub, iki dəfə ölkə kubokunu və Superkubokunu qazanıb eləcə də Çempionlar Liqasının qalibi olub.