"El-Klasiko" ərəfəsində "Barselona"nın baş məşqçisinə BƏD XƏBƏR
10 may 2026 21:00 (UTC +04:00)

"El-Klasiko" ərəfəsində "Barselona"nın baş məşqçisinə BƏD XƏBƏR

0

"Barselona" futbol klubunun baş məşqçisi Hans-Diter Flikin atası mayın 10-u səhər saatlarında dünyasını dəyişib.

Lent.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Almaniyalı mütəxəssis bu ağır itki barədə həm klub rəhbərliyinə, həm də oyunçulara xəbər verib.

Buna baxmayaraq, Flik mayın 10-da Madridin "Real" klubuna qarşı keçiriləcək qarşılaşmanı buraxmaq fikrində deyil.

Qeyd edək ki, "Barselona" - "Real Madrid" qarşılaşması saat 23:00-da start götürəcək.

Hazırda İspaniya çempionatının turnir cədvəlinə 88 xalla "Barselona" başçılıq edir. "Real" isə ondan 11 xal geri qalaraq ikinci yerdə qərarlaşıb. Kataloniya təmsilçisi məhz "Real"la matçda İspaniya çempionluğunu vaxtından əvvəl rəsmiləşdirə bilər. Bunun üçün "Barselona" Madrid klubuna məğlub olmamalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1989

Oxşar yazılar