2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.
Lent.az xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında Kolumbiya və Qana milliləri üz-üzə gəlib.
Görüş Bakı vaxtı ilə saat 05:30-da start götürüb.
Oyunda hesabı Kolumbiya millisi açıb. 14-cü dəqiqədə Con Arias fərqlənib. Geridə qalan dəqiqələrdə hesab dəyişməyib: 1:0.
Bu nəticədən sonra Kolumbiya növbəti mərhələyə vəsiqə qazanıb.
Kolumbiya 1/8 finalda İsveçrə ilə qarşılaşacaq.