DÇ-26 : İspaniya 1/4 finala çıxdı
07 iyul 2026 01:04 (UTC +04:00)

DÇ-26: İspaniya 1/4 finala çıxdı

0

2026-cı il dünya çempionatında 1/8 final mərhələsinin oyunları davam edir.

Apasport.az xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında Portuqaliya və İspaniya milliləri üz-üzə gəlirlər. 

Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb. 

Matçın ilk hissəsində hesab açılmayıb.

Gərgin keçən ikinci hissədə qol 90+1-ci dəqiqədə vurulub. Mikel Merino İspaniyanı önə keçirən qola imza atıb.

Portuqalların hesabı bərabərləşdirmə cəhdi bir nəticə verməyib və matç "qırmızı furya"nın 1:0 hesablı qələbəsiylə başa çatıb. 

İspaniya adını 1/4 final mərhələsinə yazdırıb, Portuqaliya üçün isə mundial başa çatıb. 

Qeyd edək ki, İspaniya 1/4 finalda Belçika - ABŞ cütünün qalibi ilə qarşılaşacaq.

DÇ-2026
1/8 final
6 iyul

23:00. Portuqaliya – İspaniya 0:1

Qol: M. Merino, 90+1

Portuqaliya: Kosta, Kanselu, Dias, Veyqa, Mendes, Neves, Vitinya, Neto, Bruno Fernandeş, Joao Feliks, Ronaldo

İspaniya: Unay Simon, Kukurelya, Laport, Kubarsi, Porro, Rodri, Pedri, Baena, Olmo, Lamin Yamal, Oyarzabal.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 216

Oxşar yazılar