39 yaşlı braziliyalı müdafiəçi Dani Alves ilk dəfə həbsxanada futbol oynayıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, dünyanın ən titullu futbolçusu zorlamada şübhəli bilinərək həbs edilib. Onu 4 ildən 12 ilə qədər həbs gözləyir.
Məhkəmə Alvesin zaminə buraxılmasını rədd edib. 39 yaşlı futbolçu ittihamları rədd edib. Hadisə dekabrın 30-da baş verib.
Dani Alves hazırda Meksikanın “Pumas” klubunun şərəfini qoruyur.