"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino İngiltərə Liqa Kubokunun finalında "Liverpul"a uduzduqdan (0:1) sonra keçirdiyi emosiyalardan danışıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Mersisaydlılar yeganə qolu əlavə vaxtın sonunda vurublar. Qolun müəllifi Virgil van Deyk olub.
“Rəhbərliyin dəstəyini hiss edirəm. Mən yalan danışa bilmərəm. “Uembli”nin pilləkənləri ilə yuxarı qalxanda çox üzüldüm, az qala ağlayacaqdım.
Sonra Beqdad Eqbali və Todd Boeli ilə görüşüb əllərini sıxdım. Sonra çox gözəl bir mesaj aldım. Beqdadla Uemblidən uzaqda yenidən görüşdüm. O, hamı kimi çox məyus idi, lakin bizim normal vaxtdakı çıxışımızdan razı idi”, - deyə Poçettino “Football.London”a açıqlamasında qeyd edib.
51 yaşlı argentinalı ötən yaydan “Çelsi”yə rəhbərlik edir.