Çin və İran voleybol komandalarının sonuncu oyununda baş verənlər çoxlarında təəccüb doğurub.
Lent.az xəbər verir ki, iranlıların hicabda və uzunqol paltarda meydana çıxması heç kimə təəccüblü deyil. Lakin çinli qızların voleybol qarşılaşmasına maskalı çıxması elə Çinin özündə ciddi narazılıq yaradıb.
Oyun canlı yayımlandıqdan sonra sosial şəbəkədə tənqid hədəfinə çevrilib. Ölkənin Voleybol Federasiyası məsələ ilə bağlı üzr istəyib.