Bu gün Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılacaq.
Lent.az-ın məlumatına görə, tədbir Türkiyənin İstanbul şəhərində baş tutacaq.
Püşkatma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Mərasimdə Avropanın 32 ən güclü komandası 8 qrupa bölünəcək.
Püşkdən öncə bu iştirakçılar səbətlərə ayrılıb. Bütün komandaların səbətləri bilinsə də, sonuncu “8-lik”də yer alan 3 klub dəqiqləşməyib. Bu cütlərin qalibləri hazırda davam edən görüşlərdə bəlli olacaq.
Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 6-da start veriləcək.
1-ci səbət
“Real”
“Ayntraxt”
“Mançester Siti”
“Milan”
“Bavariya”
PSJ
“Porto”
“Ayaks”
2-ci səbət
“Liverpul”
“Çelsi”
“Barselona”
“Yuventus”
“Atletiko”
“Sevilya”
“Leypsiq”
“Tottenhem”
3-cü səbət
“Borussiya” D
“Zalsburq”
“Şaxtyor”
“İnter”
“Napoli”
“Benfika”
“Sportinq”
“Bayer”
4-cü səbət
“Reyncers” – PSV cütünün qalibi
“Dinamo” Z – “Bodo Qlimt” cütünün qalibi
“Marsel”
“Kopenhagen” – “Trabzonspor” cütünün qalibi
“Brügge”
“Seltik”
“Viktoriya”
“Makkabi” H