“Çelsi”dən Hakim Ziyeşlə bağlı  QƏRAR
23 yanvar 2023 11:55 (UTC +04:00)

“Çelsi”dən Hakim Ziyeşlə bağlı QƏRAR

"Çelsi" mərakeşli yarımmüdafiəçi Hakim Ziyeşin satışı ilə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır.

Lent.az xarici mediaya istinadla bildirir ki, italiyalı insayderlərin məlumatına görə, 29 yaşlı futbolçuya namizədlərdən biri də Nikolo Zanioloya əvəzləyici axtarışında olan “Roma”dır.

Bu mövsüm Ziyeş 15 oyun keçirib və bir məhsuldar ötürmə edib. Mərakeş millisinin tərkibində futbolçu 2022-ci il dünya çempionatının yarımfinalına yüksəlib. Nəticədə onun komandası medalların bir addımlığında dayanaraq tarixində ilk dəfə dördüncü yeri tutub.

Yarımmüdafiəçinin londonlularla hazırkı müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. Onun transfer qiyməti 20 milyon avrodur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1521
avatar

Oxşar yazılar