"Atletiko"un müdafiəçisi Stefan Saviç və "Barselona"nın yarımmüdafiəçisi Ferran Torres uzun müddətli cəzalandırıla bilər.
Buna səbəb onların La Liqanın 16-cı turunda ötən gecə keçirilən görüş zamanı dava etməsidir.
Matçın əsas vaxtına əlavə edilən 2-ci dəqiqədə hər iki futbolçu qarşıdurmadan sonra qazona yıxılıb və bundan sonra aralarında dava olub. Hakim hər iki futbolçuya qırmızı vərəqə göstərib. Bildirilib ki, hakimlər komissiyası onların hərəkətlərini hücum kimi qiymətləndirsə, 4 oyundan 12 oyuna qədər diskvalifikasiya oluna bilərlər.
Xatırladaq ki, görüş "Barselona"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb./ qol.az