Portuqaliyalı futbol jurnalisti Rikardo Lestre Kriştiano Ronaldonun “Mançester Yunayted”dən Avropanın başqa bir böyük klubuna keçməsinə mane olan əsas amilləri sadalayıb.
Lent.az xarici mediaya istinadla həmin amilləri təqdim edir.
“Mançester Yunayted” Ronaldonu pulsuz buraxsa belə, onun maaşını ödəyə bilənlər azdır. Hətta "Bavariya"nın da bunu bacaracağına şübhə edirəm. Buna görə də yalnız “Mançester Yunayted”, “Mançester Siti”, PSJ və “Real” qalır. Kriştiano Çempionlar Liqasında oynamaq üçün böyük ambisiyasına görə karyerasını yalnız "Borussiya" və ya "Sportinq"də davam etdirə bilər.
Çox vacib bir amil: Ronaldonun super ulduz olmasıdır. Məsələn, Portuqaliya millisində kimin oynayıb, kimin oynamamasına o qərar verir. Baş məşqçi Fernando Santuş və prezident Fernando Qomeş buna görə tez-tez tənqid olunurdu. 2016-cı il Avropa çempionatından bəri Ronaldo, əsasən, agenti Jorje Mendeşin oyunçularını irəli çəkib. Şübhəsiz ki, komandanı və bütün klubu sarsıda biləcək güclü şəxsiyyətdir.
Ronaldonu inteqrasiya etmək üçün klubda çox şey dəyişmək lazımdır. Onun oyun səviyyəsi danılmazdır, lakin onun yüksək maaşı və yaşı riskdir. 30 yaşında Ronaldo ilə müqavilə bağlamaqla 37 yaşında Ronaldo ilə müqavilə bağlamaq tamamilə fərqlidir. Amma etiraf edək ki, bu artıq “Real”dakı Ronaldo deyil. O qədər sürətli deyil, onun oyun tərzi daha proqnozlaşdırıla biləndir.
Ronaldonun varlığı klubun bütün “kimyasını” dəyişir. Onun yüksək maaşı, yaşı və zədə riskinin artması, həmçinin məşqçi onu ehtiyat oyunçular skamyasında saxlamağa qərar verərsə, komandadakı iğtişaşlar klubları qorxudur. Belə mürəkkəb vəziyyətə qarışmaq istəmirlər. Top-klubların bu cür istəksizliyi onun reputasiyasına heç bir xeyir verməyib. Buna görə də Kriştianonun “Mançester Yunayted”də qalması, liderliyini sübut etməsi və yenidən qəhrəman olması daha yaxşıdır”, - jurnalist vurğulayıb.