Boksçumuz Avropa çempionu oldu
21 avqust 2022 09:40 (UTC +04:00)

Boksçumuz Avropa çempionu oldu

Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyinə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, 9 gün davam edən yarışı Azərbaycan milli komandası 1 qızıl, 1 gümüş və 3 bürünc medalla bitirib.

Yığmanın heyətində Sübhan Babayev (44 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Emanuel Kioaba (Rumıniya), Tsotne Muntçava (Gürcüstan) və Georgi Ralfa (İngiltərə) qalib gələn boksçu finalda italiyalı Antoni El Moettini də məğlub edib. O, həlledici döyüşdə 4:1 (30:27, 30:27, 28:29, 30:27, 29:26) hesabı ilə qələbə qazanaraq Avropa çempionu tituluna yiyələnib.

Əli Məmişov (70 kq) gümüş medala sahib olub. Orestas Staponkus (Litva), Niko Qoretaya (Xorvatiya) və Nikalaos Bliatzeyə (Yunanıstan) qalib gələn idmançı finalda Giorgi Biqvava (Gürcüstan) ilə qüvvəsini sınayıb. Rəqib qələbə qazandığından Məmişov ikinci yeri tutub.

Komandamızın aktivinə bürünc medalları isə Bağır Əlimxanlı (46 kq), Kənan Aslanlı (60 kq) və Banuçiçək Nəsirli (44 kq) yazdırıblar.

28 ölkədən 378 idmançının qatıldığı yarışda 4 medal qazanan oğlanlardan ibarət milli Avropada Gürcüstanla birgə dördüncü yerə şərik olub. Yarışda ümumilikdə 10 ölkənin boksçusu çempionluq sevinci yaşayıb. Birinci pilləni İngiltərə (4-2-4) tutub. İkinci yerdə Ukrayna (3-4-0) qərarlaşdığı halda, “üçlüy”ü İrlandiya (2-1-4) qapayıb.

1 bürünc medal qazanan qızlardan ibarət yığma Moldova ilə birgə 11-ci pillədə yer alıb. Avropa birincisi isə Türkiyə olub. “Ay-ulduzlular” 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1677
avatar

Oxşar yazılar