"Birlik" klubunun parakarateçiləri Azərbaycan çempionu olublar
19 dekabr 2025 15:55 (UTC +04:00)

"Birlik" klubunun parakarateçiləri Azərbaycan çempionu olublar

0

"Birlik" Karate Klubunun iki parakarateçisi Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə gənclər və böyüklər arasında keçirilən Azərbaycan çempionatının qalibi olublar.

Lent.az xəbər verir ki, K21 kateqoriyasında mübarizə aparan Ercan Aslan bütün rəqiblərini məğlub edərək qızıl medala sahib çıxıb.

Qadınlar arasında U-21 yaş kateqoriyasında isə Gülay Orucova (61 kq) yarışı qalib kimi başa vurub.

Hər iki idmançı Azərbaycan millisinin heyətinə seçilərək, qarşıdan gələn Avropa çempionatında iştirak hüququ əldə ediblər.

Xatırladaq ki, Ercan Aslanla Gülay Orucova Azərbaycan çempionatına məşqçi Sənan Cəfərovun rəhbərliyi altında hazırlaşıblar.

Qeyd edək ki, Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə bu gün Zabrat qəsəbəsində tanınmış pəhləvan Taleh Məmmədovun adına yunan-Roma güləşi zalı istifadəyə verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 460

Oxşar yazılar