"Roma"nın baş məşqçisi Joze Mourinyo İtaliya çempionatının 14-cü turu çərçivəsində "Sassuolo" ilə heç-heçəni (1:1) şərh edib.
“Düşünürəm ki, imkanlarımız daxilində yaxşı oynadıq. Təəssüf edirəm ki, bir futbolçu öz qeyri-peşəkar münasibəti ilə komandanın səylərinə xəyanət etdi. Bir oyunçuya görə qalib gələ bilmədik. O, yanvarda getməlidir”, - Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Mourinyo deyib.
“Roma” 26 xalla 5-ci yerdədir.