Birminqemin “Aston Villa” klubunun baş məşqçisi Unai Emeri tezliklə Kataloniya “Barselona”sına rəhbərlik edə bilər.
Lent.az xəbər verir ki, bu barədə “Teamtalk” portalı məlumat yayıb.
Mənbənin məlumatına görə, “Blauqrana” rəhbərliyi ispan mütəxəssislə əməkdaşlıqda maraqlıdır və onun komandanın baş məşqçisi postunda Xavini əvəzləyəcəyini gözləyir. Emeri özü hələ də “Barselona”nın dəvətinə cavab verməyib.
Unai Emeri “Spartak”, “Sevilya, PSJ, “Arsenal” və “Vilyarreal”da çalışıb.
Emeri bu mövsüm 2022-ci ilin oktyabrından “Aston Villa”ya rəhbərlik edir. Birminqem klubu Çempionlar Liqasında yer uğrunda mübarizə aparır və İngiltərə çempionatı cədvəlində dördüncü yerdədir.
Barselona