“Barselona”nın futbolçusunun AYAĞI QIRILDI
18 yanvar 2022 11:35 (UTC +04:00)

“Barselona”nın futbolçusunun AYAĞI QIRILDI

“Barselona”nın müdafiəçisi Samuel Umtiti növbəti dəfə sıradan çıxıb.

Lent.az Apasport.az-a istinadən xəbər verir ki,  Fransa millisinin üzvü dünənki məşq zamanı ayağından xəsarət alıb.

Müayinə zamanı 29 yaşlı futbolçunun sağ ayaq sümüyünün sındığı müəyyənləşib. Umtiti bu gün həkim Antoni Dalmau və klubun tibbi personalının nəzarəti altında əməliyyat olunacaq. Onun yaşıl meydanlara dönmə tarixi əməliyyatdan sonra bəlli olacaq.

Qeyd edək ki, Samuel Umtiti bu yaxınlarda “Barselona” ilə müqavilə müddətini 2026-cı ilin yayına qədər uzadıb.

# 1302
avatar

Oxşar yazılar