“Barselona”nın hücumçusu Ferran Torres Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Antverpen”lə oyunda məğlubiyyətdən (2:3) sonra klubun baş məşqçisi Xavini dəstəkləyib.
Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçu kənardan kluba olan təsirlərdən danışıb:
“Biz məşqçini və onun ideyasını sonunadək dəstəkləyirik. Məşqçini tənqid etmək asandır, amma meydanda olanlar futbolçulardır. “Barselona”ya təzyiq? Biz Barsanın nə olduğunu bilirik, bizi məhv etməyə, əsəbiləşdirməyə çalışırlar, amma bundan sonra vəziyyəti dəyişəcəyik. Həmişə çoxlu xarici səs-küy var, lakin biz bununla yaşamalıyıq”.
“Barselona” 12 xalla turnirin qrup mərhələsini birinci yerdə başa vurub. “Porto” da 12 xal toplayaraq ikinci pillədə qərarlaşıb. Dekabrın 18-də Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.